Nigeriyada gəminin göldə batması nəticəsində 11 nəfər ölüb


Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində gəminin göldə batması nəticəsində 11 nəfər həyatını itirib.


Adamava Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) baş katibi Məhəmməd Əmin Süleyman bildirib ki, sərnişinləri daşıyan qayıq pis hava şəraiti səbəbindən vilayətin Qurin kəndindəki göldə batıb.

Süleyman hadisə zamanı 11 nəfərin həyatını itirdiyini, 10 nəfərin isə itkin düşdüyünü qeyd edib.

Hadisə bölgəsində xilasetmə işlərinin davam etdiyini bildirən Süleyman yağışlı mövsümdə daha diqqətli olmağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu