Nigeriyada qayıq batdı: 15 uşaq öldü, 25-i itkin düşdü


Nigeriyada qayığın çayda batması nəticəsində 15 uşağın öldüyü, 25 nəfərin itkin düşdüyü bildirilib.


AFN.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Nigeriyanın Sokoto əyalətində Şaqari çayında odun yığmaq üçün gedən uşaqları daşıyan qayıq aşıb. Yerli hökumətdən verilən açıqlamada dünən səhər saatlarında baş verən qəzada 13-ü qız olmaqla 15 uşağın həyatını itirdiyi, 25 nəfərin isə yaralandığı bildirilib. Qayığın sərnişinləri tutumunu aşdığı öyrənilib və çayda itkin düşən uşaqlarının axtarışlarının davam etdiyi bildirilib.

Qeyd edək ki, Nigeriyada anoloji hadisələr hər il baş verir. Belə ki, ötən ilin aprel ayında Şəgəri çayında baş verən qayıq qəzasında 29 uşaq boğularaq ölüb. 2022-ci ilin dekabrında ölkənin cənubundakı Anambra ştatında qayığın batması nəticəsində isə ən azı 76 nəfər həlak olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu