İtaliyada batan qayıqda ölənlərin kəşfiyyat agentləri olduğu üzə çıxıb
Bazar günü İtaliyanın şimalında Maggiore gölündə batan və ilk açıqlamalarda turist gəmisi olduğu bildirilən qayıqda iki İtalyan məxfi xidmət agentinin, israilli hazırda təqaüddə olan mühafizəçinin və bir rus qadının həyatını itirdiyi ortaya çıxıb.
BBC Türkcədən Övgü Pınarın xəbərinə görə, İtaliya mətbuatı əlverişsiz hava şəraitindən sonra batan qayıqda 20-yə yaxın kəşfiyyatçının olduğunu bildirib. Hadisədə həyatını itirənlərin kimliklərinin Klaudio Alonzi (62), Tiziana Barnobi (53), Anya Bojkova (50) və Şimoni Erez (54) olduğu açıqlanıb.
İLK XƏBƏRLƏRDƏ 'TURİST GAYIĞI BATDI' DEYİLİRDİ
Ötən bazar günü axşam saatlarında 24 nəfərin olduğu qayıq Maggiore gölünün şimalında batıb, 4 nəfər həlak olub. İlk məlumatlarda batan gəmidə ad gününü qeyd edən turistlərin olduğu bildirilirdi. Lakin dünən gecə saatlarından etibarən qayıqda olanların kəşfiyyatçı olduğu xəbərləri gəlməyə başlayıb.
İtaliya mətbuatının məlumatına görə, Alonzi-Barnobi cütlüyünün İtaliya xarici kəşfiyyat xidmətinə (Aise) rəhbərlik etdiyi müəyyən edilib. Erez də İsrail təhlükəsizlik güclərindən təqaüdə çıxıb. Bildirilib ki, Rusiya vətəndaşı Bojkova gəmi sahibinin həyat yoldaşıdır.
QAYIQDA 20 KƏŞFİYATÇI OLUB
İtaliyanın "Agi" xəbər agentliyi ötən gecə ilk dəfə olaraq batan qayıqda kəşfiyyatçıların olduğunu açıqlayıb. Agentlik ölənlərdən ikisinin İtaliya məxfi xidmətinin əməkdaşı olduğunu və qayıqda İsrail dövlət rəsmilərinin də olduğunu yazıb.
Ölkənin ən böyük qəzetlərindən biri olan “La Repubblica” da bu gün səhər “Maggiore gölündə batmış qayığın sirri: Gəmidə 20 İtalyan və İsrail kəşfiyyatçısı olub” başlıqlı məqalə dərc edib. "Faciə başqa ölçüyə götürülür: Bu, sadəcə gəmi qəzası deyil, çünki 4 qurbandan 3-ü və sağ qalan 19 nəfərdən 18-i bazar günü sadə səyahətçi deyildi, bəziləri keçmiş kəşfiyyatçı olub, bəziləri isə hələ də vəzifədədir". Qəzetin yazdığına görə, hadisədən sağ çıxan 10 nəfər dünən səhər saatlarında hərbi təyyarə ilə İsrailə gedib, italyanlar isə "təcili yardım otağından və otellərindən sürətlə təxliyə edilib və burada qaldıqlarına dair heç bir əsər-əlamət qalmayıb".
PROKURORLUQ ARAŞDIRMAĞA BAŞLAYIB
Anya Bojkovanın qayıq sahibinin həyat yoldaşı olduğunu bildirib. Bojkova italyan həyat yoldaşı Karlo Karminati ilə birlikdə batan qayıqda yaşayırmış.
Məlumata görə, batan qayığın sərnişin tutumu 15 nəfər olub. Bazar günü axşam güclü külək və güclü yağışdan sonra qayığın batması ilə bağlı prokurorluq istintaqa başlayıb.
Mənbə: Haber Global