Fransada məktəblilərin etirazları ölkə üzrə yayılıb


Fransada lisey şagirdlərinin etiraz aksiyalarında təxminən 86 min nəfər iştirak edib.

AFN.az xəbər verir ki, bu barədə “BFMTV” Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər yayıb. Etiraz aksiyaları Marsel, Nant və Tuluzada keçirilib. Lion, Paris və Strasburqda nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Paytaxt Parisdə isə günün ikinci yarısında tələbə və lisey şagirdlərinin iştirakı ilə daha bir genişmiqyaslı aksiyanın keçirilməsi planlaşdırılıb.

Fransa Daxili İşlər Nazirliyi oktyabrın 6-da keçiriləcək aksiyalarda 150-200 min nəfərin iştirak edəcəyini gözlədiyini açıqlamışdı. Lisey şagirdlərinin etirazları sentyabrın sonunda İl-de-Frans regionunda başlayıb və hazırda ölkənin bütün ərazisinə yayılıb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi bölgələrdə aksiyalar iğtişaşlara və polis ilə toqquşmalara çevrilib. İndiyədək hüquq-mühafizə orqanları 6 mindən çox şəxsi saxlayıb, onların 90 faizinin yetkinlik yaşına çatmayanlar olduğu bildirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu