Gürcüstanda etiraz aksiyalarında 43 nəfər saxlanılıb
Gürcüstanda hüquq-mühafizə orqanlarının əməkdaşları Avropa İttifaqına (Aİ) inteqrasiyanın dayandırılmasına qarşı etiraz aksiyaları zamanı 43 nəfəri saxlayıb.
Bu barədə respublikanın Daxili İşlər Nazirliyinə məlumat verilib.
İdarədən vətəndaşların inzibati xətalara görə saxlanılmasına aydınlıq gətirilib. Onlara qarşı polis əməkdaşının qanuni tələbinə tabe olmama və xırda xuliqanlıq maddələri ilə protokollar tərtib edilib.