Cozef Borrell Gürcüstan polisinin hərəkətlərini pisləyib


Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən aksiyalarda polis əməkdaşlarının yol verdiyi hərəkətləri pisləyib.


AFN.az xəbər verir ki, müvafiq bəyanat diplomatın X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Mən Gürcüstanda Xarici Təsir Aktına qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılığı qətiyyətlə pisləyirəm. Gürcüstan Aİ-yə üzv olmağa namizəd ölkədir və mən onun hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram”, - deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

O əlavə edib ki, dinc nümayişçilərə qarşı zorakılıqdan istifadə yolverilməzdir.

Gürcüstanda keçirilən etiraz aksiyası nəticəsində 63 nümayişçi saxlanılıb. Respublika polisinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanların əksəriyyəti xırda xuliqanlıq və polisin qanuni tələblərinə tabe olmamaq maddələri ilə ittiham olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu