Gürcüstanda xarici agentlər haqqında qanuna qarşı qadınların yürüşü başlayıb
Tiflisdə qadınlar xarici agentlər haqqında qanuna qarşı yürüş keçiriblər.
"RİA Novosti" xəbər verir ki, müxtəlif təşkilatlardan olan qadınlar Respublika meydanına toplaşıb, daha sonra Rustaveli prospektində parlament binasına doğru hərəkət ediblər. Hazırda prospekt bağlıdır.
Axşam Gürcüstanda qanuna qarşı kütləvi etiraz aksiyası başlayacaq.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, beynəlxalq tənqidlərə baxmayaraq, ölkə hakimiyyəti xarici agentlər haqqında qanundan imtina etmək niyyətində deyil. Onun sözlərinə görə, qanunu tənqid edən amerikalı və avropalı siyasətçilər qanun layihəsinin qəbuluna qarşı bir arqument də səsləndirə bilməyiblər. Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili respublikanın Avropa İttifaqına daxil olmaq təklifi aldıqdan sonra hakimiyyətin xarici agentlər haqqında qanunu ləğv edəcəyini və ya ona yenidən baxacağını bildirib.