Anar Bayramov 16 illik direktoru işdən çıxardı - FOTO


Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.

Bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.

Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

Elşad Ömərov 

Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurum yaradıldığı vaxtdan ona rəhbərlik edirdi.

Qaynarinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu