ABŞ-da Demokratlar Nümayəndələr Palatasında 225 yer qazanıb
ABŞ-da 2026-cı il Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına keçirilən seçkilərdə Demokratlar 225, Respublikaçılar isə 136 yer əldə ediblər.
AFN.az Associated Press (AP) agentliyinin qeyri-rəsmi nəticələrinə istinadən xəbər verir ki, Demokratlar Nümayəndələr Palatasında çoxluğu Respublikaçıların əlindən alıblar.
Buna əsasən, Nümayəndələr Palatasında Demokratlar indiyədək 225, Respublikaçılar isə 136 yer qazanıblar.
Seçki yarışında Respublikaçıların əlində olan 25 yer Demokratlara keçib.
Associated Press (AP) agentliyinin açıqladığı qeyri-rəsmi nəticələrə görə, səsvermənin başa çatdığı ştatlarda Senat seçkilərinin qalibləri müəyyənləşib.
Senatda seçkiyə çıxarılan yerlərdən 20-sini Demokratlar, 12-sini isə Respublikaçılar əldə edib. Bununla da Demokratların Senatdakı yerlərinin sayı 54-ə, Respublikaçıların isə 43-ə çatıb.
Seçkilərdə Respublikaçıların əlində olan 7 yeri qazanan Demokratlar Senatda çoxluğu təmin ediblər.
