Qrenlandiya parlamenti ABŞ-la təhlükəsizlik sazişini təsdiqləyib



Qrenlandiya parlamentində ABŞ-ın adadakı hərbi mövcudluğunu genişləndirməsinə imkan yaradan təhlükəsizlik sazişinin təsdiqləndiyi bildirilib.

AFN.az xəbər verir ki, Qrenlandiya mediasında yayılan məlumatlara görə, ABŞ-ın adadakı hərbi mövcudluğunun genişləndirilməsinə yol açan müdafiə sazişi ilə bağlı parlamentdə səsvermə keçirilib.

Sazişə 16 deputat “hə” səsi verib, 7 deputat bitərəf qalıb. Əleyhinə səs verən olmayıb.

Təhlükəsizlik sazişinin qüvvəyə minməsi üçün Danimarka parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur. Bu prosesin noyabrın 12-19-da tamamlanması gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının müzakirələri üçün Nyu-Yorkda olan ABŞ Prezidenti Donald Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen sentyabrın 22-də ABŞ-ın Qrenlandiyada təhlükəsizlik nəzarətini təmin etməsinə dair saziş imzalamışdı.

Təhlükəsizlik sazişi çərçivəsində ABŞ-ın Qrenlandiyada iki hərbi baza yaradacağı bildirilmişdi.

Danimarka Krallığına bağlı, təxminən 56 min əhalisi olan muxtar ərazi Qrenlandiya bir müddətdir Trampın ABŞ-ın adada nəzarəti ələ almalı olduğu barədə açıqlamalarına görə Vaşinqton, Kopenhagen və Brüssel arasında gərginlik mövzusuna çevrilmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu