ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının fəaliyyətini çətinləşdirə bilər - politoloq


ABŞ-da aralıq seçkilərdən sonra Prezident Donald Tramp qanunvericilik təşəbbüslərinin və kadr təyinatlarının Konqresdə bloklanması ilə üzləşə bilər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı politoloq Dmitri Simes bildirib.

Ekspertin fikrincə, demokratlar yalnız Nümayəndələr Palatasında çoxluq qazansalar belə, administrasiyanın fəaliyyətini ciddi şəkildə çətinləşdirə bilərlər. Onun sözlərinə görə, demokratlar büdcənin təsdiqi üçün səsvermədə iştirak etməkdən imtina etsələr, büdcənin qəbul edilməsi mümkün olmayacaq. Eyni vəziyyət Senatda da yaranarsa, bu, Senatın təsdiqini tələb edən çoxsaylı vəzifələrə Tramp administrasiyasının namizədlərinin təyinatını əngəlləyə bilər.

Simes Konqresdə keçirilən dinləmələrin xarakterini də tənqid edib. O qeyd edib ki, administrasiya üzvlərinin dinləmələrə çağırılması zamanı onlara qarşı bəzən açıq şəkildə alçaldıcı münasibət göstərilir. Politoloqun sözlərinə görə, Trampın kabinetində bu cür davranışlara layiqli cavab verən şəxslər olsa da, yaranan vəziyyət xoş təsir bağışlamır.

Ekspert misal olaraq, Konqres üzvlərinin administrasiya nümayəndələrindən mürəkkəb məsələlərə yalnız “bəli” və ya “xeyr” cavabı vermələrini tələb etdiklərini göstərib. Halbuki bəzi məsələlər daha ətraflı izah tələb edir. Simes hesab edir ki, belə münasibət dinləmələrə cəlb olunan şəxsləri alçaldır, onların administrasiyada işləmək və mübarizəni davam etdirmək istəyini də azaldır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu