Demokratların ABŞ Senatına nəzarəti ələ keçirmə ehtimalı 95 faizdən çoxdur


ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Demokratlar Partiyasının Konqresin yuxarı palatası olan Senata nəzarəti ələ keçirmə ehtimalı 95 faizdən çox qiymətləndirilir.

AFN.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb. Qəzetin qiymətləndirməsinə görə, Senatda nəzarətin müəyyənləşməsi baxımından həlledici əhəmiyyət daşıyan dörd ştatda demokratlar ya artıq qələbə qazanıblar, ya da seçkilərin nəticələrinə əsasən qalib gəlmələri gözlənilir.

Bundan əvvəl DDHQ portalı Demokratlar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyini proqnozlaşdırmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu