Demokratlar ABŞ Konqresinin Nümayəndələr Palatasına nəzarəti ələ keçirir


ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə dair ilkin qiymətləndirmələr Demokratlar Partiyasının Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyini göstərir.

AFN.az xəbər verir ki, bu barədə nüfuzlu ABŞ portalı DDHQ məlumat yayıb.

Portalın yerli vaxtla 3 noyabr saat 21:35-ə (Bakı vaxtı ilə 4 noyabr05:35) olan göstəricilərinə əsasən, demokratlar Nümayəndələr Palatasında azı 127 mandatı təmin ediblər. Respublikaçıların qazandığı yerlərin sayı isə 83-dür.

Bununla yanaşı, hazırda respublikaçıların təmsil olunduğu dörd dairədə seçkilərin nəticələri Demokratlar Partiyasının namizədlərinin xeyrinə yekunlaşıb. DDHQ-nin qiymətləndirməsinə görə, bu nəticələr demokratların aşağı palatada nəzarəti ələ keçirməsinə imkan verir.

ABŞ-da seçkilərin yekun nəticələrini elan edən vahid federal qurum yoxdur. Bu funksiyanı ölkənin aparıcı media orqanları öz üzərinə götürür. Onların proqnozlarından sonra namizədlər, adətən, qələbələrini elan edir və ya məğlubiyyətlərini qəbul edirlər.

Konqresin Nümayəndələr Palatasına nəzarəti ələ keçirmək üçün partiyalardan biri 218 mandat qazanmalıdır. Hazırda aşağı palatada çoxluq Respublikaçılar Partiyasına məxsusdur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu