Bayron Donalds Floridanın yeni qubernatoru olacaq
Respublikaçılar Partiyasının namizədi Bayron Donalds Florida ştatında qubernator seçkilərinin qalibi olub.
AFN.az xəbər verir ki, bu barədə DDHQ portalı səslərin hesablanmasının ilkin nəticələrinə əsaslanan proqnoz yayıb.
Portalın məlumatına görə, bülletenlərin 95 faizindən çoxu hesablandıqdan sonra Donalds 4,1 milyondan artıq səs toplayıb. Onun Demokratlar Partiyasından olan rəqibi Devid Colly isə 4 milyondan az seçicinin dəstəyini qazanıb.
Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında Floridanı təmsil edən Donalds ştatın qubernatoru vəzifəsini tutan ilk afroamerikalı olacaq.
O, bu postda 2019-cu ildən fəaliyyət göstərən digər respublikaçı Ron DeSantisi əvəz edəcək. DeSantis Floridada qubernator üçün nəzərdə tutulan maksimum iki müddətlik səlahiyyətini başa vurduğu üçün gələn ilin yanvar ayının əvvəlində vəzifəsini tərk edəcək.





