Avropanın hərbi təlimləri Rusiya ilə qarşıdurma riskini artırır - media


Avropa ölkələrinin Rusiya ilə sərhəddə mütəmadi hərbi təlimlər keçirməsi Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə mane olmaq və Qərb dövlətlərinin müharibəyə hazırlaşmaq cəhdi kimi qiymətləndirilir.

AFN.az xəbər verir ki, bu fikirlər “L'Antidiplomatico” portalında dərc olunan məqalədə yer alıb.

Nəşrin köşə yazarı hesab edir ki, Avropa ölkələri sülh üzərində işləmək əvəzinə, Ukrayna ərazisinə göndərilməsi nəzərdə tutulan qoşunlarla Kiyev hakimiyyətinə dəstək vermək üçün ordu formalaşdırmağa çalışırlar. Müəllifin fikrincə, bu addımlar nüvə dövlətinə qarşı birbaşa qarşıdurma riskini artırır.

Məqalədə vurğulanır ki, Avropanın hərbi təlimlərlə bağlı addımları Rusiya, ABŞ və Ukrayna arasında sülh danışıqlarına hazırlıq prosesi ilə eyni vaxta təsadüf edir. Portal bu fəaliyyəti müharibəni qızışdırmaq cəhdi kimi qiymətləndirir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu