Macarıstan ABŞ-ın Ukrayna planının həyata keçirilməsinə mane olmamağa çağırıb



Macarıstan hesab edir ki, Avropa İttifaqı liderləri ABŞ-ın Ukrayna konflikti üzrə yeni sülh planının həyata keçirilməsinə əngəl yaratmamalıdır. Bu plan real sülh imkanları təqdim edir.

AFN.az xəbər verir ki, bunu Brüsseldə bir sıra ikitərəfli görüşlərdən sonra jurnalistlərə Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyarto bildirib.

O, keçirdiyi mətbuat konfransında deyib: “Biz qətiyyətlə Avropa siyasətçilərini Prezident Donald Trampın sülh təşəbbüslərini pozmamağa çağırırıq.”

Siyarto ümid etdiyini bildirib ki, ABŞ-ın planı Ukraynaya sülh gətirəcək və Avropa ölkələri Avropa Komissiyasının təşəbbüsü ilə əlavə 135 milyard avronu hərbi əməliyyatlara xərcləmək məcburiyyətində qalmayacaq. “Ümid edirik ki, bu plan mümkün qədər tez qəbul ediləcək, Avropa xalqları sülh əldə edəcək və onların pulları [ukraynalı] hərbi mafiya ciblərinə nəzarətsiz keçməyəcək” - deyə o, əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu