Siyarto: Rusiya və ABŞ-ın təması üçüncü dünya müharibəsini önləyə bilər


Macarıstan Rusiya və ABŞ arasında yüksək səviyyəli əlaqələrin davam etməsini müsbət qarşılayır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib. Onun fikrincə, bu təmaslar qorunub saxlanıldığı müddətdə üçüncü dünya müharibəsinin qarşısını almaq imkanı var.

Rusiya XİN rəhbəri Sergey Lavrov mənə ABŞ dövlət katibi Marko Rubio ilə görüşdüyünü dedi. Məncə, bu çox yaxşı xəbərdir. Rusiya və ABŞ arasında yüksək səviyyəli əlaqələr davam etdiyi müddətdə ən pis ssenaridən – üçüncü dünya müharibəsinin başlanmasından yayınmaq olar”, – deyə Siyarto BMT-də Lavrovla görüşdən sonra qeyd edib.

O həmçinin əlavə edib ki, bir çox Avropa liderlərinin davranışları sülh səylərini dəstəkləməkdən çox, onları zəiflətməyə xidmət edir: “Avropa sülhün əldə olunması üçün çalışmalıdır, lakin indiki halda görürük ki, bir çox liderlərin mövqeyi əksinə, sülh prosesini pozur”.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu