Peter Siyarto: "Dünya III Dünya Müharibəsinə yaxındır"


Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto hesab edir ki, İkinci Dünya Müharibəsindən (1939-1945) sonra qlobal təhlükəsizlik heç vaxt indiki kimi ciddi təhlükə altında olmayıb.


AFN.az xəbər verir ki, diplomat bunu Səudiyyə Ərəbistanında "İslam Dövləti" terror təşkilatına qarşı mübarizə üzrə beynəlxalq koalisiyanın iclası zamanı deyib.

“Üçüncü dünya müharibəsinin başlanması təhlükəsi heç vaxt olmamışdı, nüvə potensialından belə açıq danışılmamışdı və indiki kimi terror təhlükəsi olmamışdı”, - deyə Siyarto öz Facebook səhifəsində yazıb.

Nazir belə təhdidlər kimi Ukraynadakı münaqişəni, eləcə də "İslam Dövləti"nin Yaxın Şərq, Şimali Afrika və Əfqanıstanda sabitliyi pozmaq cəhdlərini göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu