Zelenskinin müşaviri XİN rəhbərini “şeytanın vəkili” adlandırdı
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Macarıstanın xarici işlər naziri Peter Siyartonu “şeytanın vəkili” adlandırıb.
AFN.az xəbər verir ki, o, bu barədə öz “Tviter” hesabında yayıb.
“Şeytanın vəkili olmaq bəzən sərfəlidir, lakin daha çox tarixi fiaskoya gətirib çıxarır”, – Podolyak deyib.
Onun sözlərinə görə, atəşi dayandırmağa çağıran Siyarto Ukraynanın soyqırımını və kapitulyasiyasını müdafiə edir.
Macarıstanın xarici işlər naziri deyib ki, Ukrayna ilə bağlı birinci hədəf insanların öldürülməsini dayandırmaq və atəşkəs razılaşmasına getməkdir.