Macarıstan Aİ-nin Ukraynaya hərbi yardım təkliflərini dəstəkləməyəcək


Macarıstan Aİ xarici işlər nazirlərinin Brüsseldə açılan iclasında Ukraynaya avropalı vergi ödəyiciləri hesabına hərbi yardımın davam etdirilməsinə qarşı çıxış edəcək.


Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ-dən olan həmkarları ilə görüş üçün Belçikanın paytaxtına yola düşərkən deyib.

"Bu gün Ukraynaya avropalı vergi ödəyiciləri hesabına milyardlarla avro və ya silah verilməsi ilə bağlı bir neçə təklif Brüsseldə gündəmdə olacaq. Biz hərbi əməliyyatları dəstəkləməyə və sülh danışıqlarının uğuruna töhfə verməyə yönəlmiş təkliflərə qarşı çıxmaq üçün Brüsselə gedirik", - deyə Siyarto feyzbuk hesabında yazıb.

Nazir hesab edir ki, Brüssel hazırda müharibə tərəfdarı olan liberal avropalı siyasətçilərin Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında sülh danışıqlarının uğurunun qarşısını almağa daim cəhd göstərməsi səbəbindən beynəlxalq təcrid vəziyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu