Macarıstan ICC ilə gələcək əməkdaşlığı nəzərdən keçirir
Macarıstan ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyir və təşkilatla əməkdaşlığı davam etdirib-etdirməməyi düşünür.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O qeyd edib ki, Trampın bu addımı başa düşüləndir. "Son vaxtlar BCM qərəzli siyasi alətə çevrilib və bütün beynəlxalq məhkəmə sistemini gözdən salıb. Onun qərarları dünyanın onsuz da çətin olduğu regionlarında qeyri-müəyyənliyi daha da gücləndirib", - deyə XİN rəhbəri Facebook-da yazıb.
Siyarto əlavə edib ki, bununla bağlı Macarıstan BCM ilə əməkdaşlıq məsələsini nəzərdən keçirir.