Aİ Ukraynaya 20 milyard avro yardım ayırmaq istəyir


Macarıstan Avropa İttifaqı liderlərinin Ukraynaya 20 milyard avro yardım göstərilməsi ilə bağlı yeni təklifinə qarşıdır. Budapeştdə hesab edirlər ki, bu pul ancaq müharibəni davam etdirmək üçün istifadə olunacaq.


AFN.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Xarici İşlər Nazirliyi rəhbərinin sözlərinə görə, yardımın verilməsi məsələsi fevralın 24-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

"Bu təklif Avropanın müharibə tərəfdarı olan liberal rəhbərliyi tərəfindən hazırlanıb və Avropa dövlətlərinin xalqlarını müharibənin davam etdirilməsi üçün pul ödəməyə məcbur etmək məqsədi daşıyır", - Siyarto bildirib. O əlavə edib ki, Aİ liderləri Ukraynaya yardım paketi barədə qərar vermək istəyirlər ki, o, müharibəni davam etdirsin və sülh danışıqları zamanı əldə oluna biləcək özü üçün çox da faydalı olmayan razılaşmadan qaçsın.

"Biz bu təklifi qəbul etmək niyyətində deyilik. Biz bunu dəstəkləməyəcəyik, çünki müharibənin davam etdirilməsi üçün 20 milyard avroluq Avropa dövlət pulunun Ukraynaya ödənilməsini istəmirik", - deyə XİN rəhbəri qeyd edib.

O, Aİ rəhbərliyinin Ukraynaya yeni yardımı konkret olaraq necə göstərmək niyyətində olduğunu açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu