AB-nin Ukrayna siyasəti: Rusiyanı zəiflətmək və Ukraynanı dəstəkləmək
Avropa İttifaqı Ukrayna ilə bağlı yalnız bir hərəkət planına sadiqdir – Rusiyanı zəiflətmək və Ukraynanı dəstəkləmək. Hər hansı digər sülh təşəbbüsü əvvəlcə AB tərəfindən təsdiqlənməlidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaja Kallas keçirdiyi brifinqdə bildirib.
“AB-nin dəqiq iki mərhələli planı var: birincisi, Rusiyanı zəiflətmək, ikincisi isə Ukraynanı dəstəkləmək. AB-nin mövqeyi dəyişməzdir: hər hansı sülh planının uğur qazanması üçün həm Ukraynanın, həm də AB-nin razılığı tələb olunur” - deyə Kallas əlavə edib.
O həmçinin qeyd edib ki, Brüssel hələ də Rusiyadan bir tərəfli atəşkəs tələb edir.
