ABŞ BMT-də Ukrayna qətnaməsi ilə bağlı mövqeyini dəyişir - Kallas


ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya tərəfi ilə təmaslardan sonra gözlənilmədən BMT-nin Ukraynaya dəstək haqqında qətnaməsi ilə bağlı mövqeyini dəyişib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas çıxış edib.

"Biz ABŞ-la Ukraynanı dəstəkləyən qətnamənin müəllifləri olduq. Lakin ABŞ-ın qəfil mövqeyini dəyişməsi bizim üçün sürpriz oldu. Deməliyəm ki, yeni administrasiya ilə Ukraynanı dəstəkləyən qətnamə layihəmiz var idi. Lakin onlar ruslarla görüşəndə ​​nə isə baş verdi, çünki onların davranışları dəyişdi", - deyə Kallas CBS televiziyasında deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu