Kallas: Aİ artıq Ukraynaya 134 milyard avro xərcləyib


Avropa İttifaqı Ukraynaya artıq 134 milyard avro ayırıb və ittifaq ölkələri tərəfindən təlim keçmiş Ukrayna qoşunlarının sayı yanvarın sonuna kimi 75 minə çatacaq.


AFN.az xəbər verir ki, bunu Avropa İttifaqı diplomatik xidmətinin rəhbəri Kaja Kallas bildirib.

"Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silahlar üçün 50 milyard avro ayırmışıq. Bu ayın sonuna qədər Aİ tərəfindən təlim keçmiş Ukrayna qoşunlarının sayı 75 minə çatacaq", - deyə o bildirib. Diplomatın fikrincə, Aİ-nin köməyi ilə Ukrayna münaqişədə qalib gələ biləcək.

Kallasın sözlərinə görə, Brüssel Kiyevi ABŞ olmadan da təkbaşına dəstəkləməyə hazırdır: "Biz bunu tərəfdaşlarla birlikdə və ya özümüz edəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu