Tramp impiçment prosesinin dərhal başlanmasını tələb edir




ABŞ Prezidenti Donald Tramp Senatda impiçment prosesinə dərhal başlamağı tələb edib.



Bu barədə Tramp “Twitter” səhifəsində yazıb.

"Demokratlar Nümayəndələr Palatasında mənə lazımi prosesi təmin etmədikdən sonra vəkillərsiz, şahidlərsiz indi də Senata prosesi necə aparmaq lazım olduğunu diktə etmək istəyirlər. Ümumiyyətlə, onların sübutları sıfırdır. Prosesin dərhal başlamasını istəyirəm! ", - deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp xatırladıb ki, bir respublikaçı belə impiçment lehinə səs verməyib, bu da partiya üzvlərinin görünməmiş birliyini sübut edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu