Brent neftinin qiyməti 103,96 dollara yüksəlib
Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir bareli 103,96 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 104,92 dollara qədər bahalaşan Brent neftinin yanvar fyuçersləri üzrə bir barelinin qiyməti günü 103,6 dollar səviyyəsində başa vurub. Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:11-ə olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə təxminən 0,34 faiz artaraq 103,96 dollara yüksəlib.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçersləri üzrə bir barelinin qiyməti 96,28 dollar olub.
Brent neftində texniki baxımdan 104,10 dolların müqavimət, 102,40 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
