Brent neftinin bir barreli 95,80 dollardan satılır
Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 95,80 dollardan satılır.
AFN.az xəbər verir ki, dünən 100,28 dollara qədər yüksələn Brent neftinin fyuçers üzrə bir barelinin qiyməti günü 96,16 dollardan başa vurub. Brent neftinin dekabr fyuçersləri üzrə bir barelinin qiyməti bu gün saat 10:23 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,4 faiz azalaraq 95,80 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçersləri üzrə bir barelinin qiyməti də 89,29 dollar müəyyənləşib.
Brent neftində texniki baxımdan 103,86 dolların müqavimət, 92,59 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
