Brent nefti 90 dollardan aşağı düşdü
Brent neftinin bir barelinin qiyməti artan ticarət gərginliklərinin qlobal neft tələbatına dair narahatlıqları gücləndirməsi ilə beynəlxalq fyuçers bazarlarında 89,55 dollardan satılır.
AFN.az xəbər verir ki,dünən 92,06 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 90,54 dollardan başa vurub.
Brent neftinin noyabr fyuçersləri bu gün Bakı vaxtı ilə saat 10:32-də əvvəlki bağlanışla müqayisədə 1,1 faiz azalaraq 89,55 dollar olub. Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin oktyabr fyuçerslərinin bir barelinin qiyməti də 84,15 dollar təşkil edib.
Brent neftində texniki baxımdan 91,19 dolların müqavimət, 88,82 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
