Fransa ukraynalı pilotları “Rafale” qırıcılarına hazırlayacaq


Fransa noyabr ayında ilk ukraynalı pilotların “Rafale” qırıcılarının idarə edilməsi üzrə təliminə başlayacaq.

AFN.az xəbər verir ki, bunu Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren parlamentin Müdafiə Komitəsində keçirilən dinləmələr zamanı açıqlayıb.

Nazirin sözlərinə görə, ukraynalı pilotların ilk hazırlıq kursları noyabr ayında başlayacaq.

Qeyd edək ki, Kiyevin 2035-ci ilədək Fransadan 100-ə qədər “Rafale” qırıcısı ala bilməsini nəzərdə tutan çərçivə sazişi ötən ilin noyabrında Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron tərəfindən imzalanıb.

Saziş Ukraynaya SAMP-T zenit-raket komplekslərinin, hava hücumundan müdafiə radarlarının, “hava-hava” tipli raketlərin və aviasiya bombalarının potensial tədarükünü də nəzərdə tutur.

Ekspertlərin fikrincə, söhbət “Rafale” qırıcılarının ən müasir F4 modifikasiyasından gedə bilər. Bu halda 2030-cu illərdə Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcı parkında Qərb istehsalı olan ABŞ-ın F-16AM/BM MLU, Fransanın “Mirage 2000-5F” və “Rafale F4”, həmçinin İsveçin “Gripen C/D” və “Gripen E/F” modelləri yer ala bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu