Fransada 2 hərbi təyyarə havada toqquşub


Fransanın Meurthe-et-Moselle əyalətində iki hərbi təyyarə havada toqquşaraq qəzaya uğrayıb.



Fransa mətbuatında çıxan xəbərlərə görə, Kolombe-les-Belles şəhəri ətrafında günorta saatlarında iki Rafale döyüş təyyarəsi havada toqquşaraq qəzaya uğrayıb.

Haute-Marnedəki Saint-Dizier hava bazasındakı Rafale donanmasına aid olduğu bildirilən təyyarələrdən birini idarə edən pilotun özünü havadan atdığı, digər təyyarədə isə təlimatçı və tələbə pilotun axtarıldığı açıqlanıb.

Meurthe-et-Moselle Qubernatorluğundan verilən açıqlamada hərbi təyyarələrin qarışdığı qəzadan sonra əməliyyat mərkəzinin fəaliyyətə başladığı və hərbi qüvvələrin dəstəyi ilə axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib. Axtarış-xilasetmə işlərinə qatılanlar arasında jandarma və xilasetmə qrupları da var.

Qubernatorluğun açıqlamasında qəza ilə bağlı hər hansı can itkisi məlumatı yer almayıb. Hərbi hakimiyyət qəzanın səbəblərini araşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu