Gürcüstanda təlim uçuşu zamanı qəzaya uğrayan Su-25 qırıcısının pilotu ölüb


Gürcüstan ordusuna məxsus Su-25 tipli qırıcı təyyarənin təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində pilot həyatını itirib.



Gürcüstan Müdafiə Nazirliyindən verilən açıqlamada bu gün keçirilən hərbi təlim zamanı Gürcüstan Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən birinin qəzaya uğradığı bildirilib.

Qəza nəticəsində bir pilotun öldüyü bildirilən açıqlamada aşağıdakılar qeyd olunub:

"Su-25-in qəzası nəticəsində Müdafiə Qüvvələrinin Aviasiya və Hava Komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həyatını itirib. Hadisənin müəyyən edilməsi məqsədilə nazirliyin müvafiq qurumları tərəfindən ətraflı araşdırma aparılır”.

Açıqlamada qəza nəticəsində həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verilib.

Gürcüstan mətbuatında çıxan xəbərlərə görə, təyyarə Gürcüstanın Kvemo Kartli bölgəsinin Bolnisi bələdiyyəsində qəzaya uğrayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu