Rusiyada Su-34 qırıcısı qəzaya uğrayıb, pilotlar ölüb


Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyasının tərkibindəki Şimali Osetiya-Alaniya Respublikasında Su-34 qırıcı təyyarəsinin qəzaya uğraması və iki pilotun həlak olması barədə məlumat yayıb.



Nazirlikdən verilən açıqlamada Rusiya Hava-Kosmik Qüvvələrinə məxsus Su-34 döyüş təyyarəsinin Şimali Osetiya-Alaniya Respublikasının dağlıq bölgəsində planlaşdırılmış təlim uçuşu zamanı boş ərazidə qəzaya uğradığı bildirilib. Təyyarənin hər iki pilotunun həlak olduğu qeyd edilib.

İlkin məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və Müdafiə Nazirliyinin nümayəndə heyəti hadisə yerinə gedib.

Rusiya istehsalı olan Su-34 iki pilotlu səsdən sürətli qırıcı-bombardmançı təyyarələr nüvə silahı da daxil olmaqla yüksək dəqiqlikli hava zərbələrində istifadə üçün hazırlanıb.

Su-34 gecə, gündüz və müxtəlif şəraitdə quru və hava hədəflərinə qarşı istifadə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu