Rusiyada “Su-34” qırıcısı qəzaya uğrayıb


Rusiyanın Voronej vilayətində “Su-34” qırıcısı qəzaya uğrayıb.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"20 sentyabr 2023-cü ildə Voronej vilayətində “Su-34” təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarədəki iki nəfər katapult edib. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur”, - Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Təyyarə əhalinin məskunlaşdığı ərazilərdən uzaqda qəzaya uğrayıb. Heç bir dağıntı yoxdur. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. O da qeyd edilib ki, qəzaya səbəb texniki nasazlıq ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu