Nigeriyada Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb


Nigeriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus hərbi helikopterin Kaduna əyalətində qəzaya uğradığı bildirilib.



Ölkə mətbuatında yer alan xəbərlərə görə, Kaduna əyalətində silahlı dəstələrə qarşı əməliyyat üçün yola çıxan NAF-a məxsus helikopter əyalətin Tami kəndində qəzaya uğrayıb.

Pilotun qəzadan sağ çıxdığı öyrənilib.

NAF rəsmiləri qeyd edib ki, helikopterin qəzaya uğrama səbəbi hələ məlum deyil və qəza ilə bağlı araşdırma başlayıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu