ABŞ administrasiyası Harvard və digər universitetlərdə J-1 vizalarını araşdırır


ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard, Stanford və Massaçusets Texnologiya İnstitutu (MIT) də daxil olmaqla doqquz universitetdə J-1 vizası sahibləri ilə bağlı araşdırmaya başlayıb.

AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ Əmək Nazirliyinin baş inspektoru cümə axşamı J-1 vizası sahibləri arasında mümkün saxtakarlıq hallarının araşdırılması məqsədilə genişmiqyaslı yoxlama başladıldığını açıqlayıb. Universitetlərdə bu vizalardan əsasən xarici doktorantlar və dəvət olunmuş tədqiqatçılar istifadə edir.

Yoxlama Harvard, Stanford və MIT-dən başqa Yel Universiteti, Braun Universiteti, Pittsburq Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Arizona Dövlət Universiteti və Kaliforniya Universitetinin Devis kampusunu əhatə edəcək.

“Bloomberg” qeyd edir ki, bu, Tramp administrasiyasının ABŞ-ın aparıcı universitetlərində xarici tələbə və alimlərə qarşı atdığı növbəti addımdır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu