CNN: Tramp administrasiyası Harvard Universiteti ilə danışıqları bərpa etmək niyyətindədir


ABŞ prezidenti Donald Tramp administrasiyasının Fələstinə dəstək nümayişlərində önə çıxan Harvard Universiteti ilə danışıqlar aparmağa çalışdığı iddia edilib.


ABŞ-da Tramp administrasiyası ilə Fələstinə dəstək nümayiş etdirən Harvard Universiteti arasında gərginlik davam edir.

CNN-in hesabatında hökumətin danışıqlar səyləri ilə bağlı məsələdən xəbəri olan bir məmurun söylədiyi iddialar yer alıb.

Rəsmiyə görə, rəhbərlik keçən həftə üç dəfə universitet nümayəndələri ilə əlaqə saxlamağa çalışsa da, Harvard tərəfi bu müraciətə müsbət cavab verməyib.

Digər mənbələr CNN-ə bildiriblər ki, administrasiyanın danışıqlar aparmaq səyləri qeyri-rəsmidir.

Digər tərəfdən, CNN-ə danışan Ağ Ev rəsmisi prezident Trampın hər zaman ölkənin hər yerindən liderlərlə görüşməyə hazır olduğunu bildirərək, "Hazırda belə bir görüş yoxdur" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu