Tramp administrasiyasından Harvard Universitetinə xəbərdarlıq: Xarici tələbələri qəbul etmək səlahiyyətinizi itirə bilərsiniz

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Fələstinə dəstək nümayişlərində adı hallanan Harvard Universitetinin xarici tələbə qeydiyyatı səlahiyyətini itirə biləcəyini açıqlayıb.
CNN-in məlumatına görə, Noem Harvard Universitetinə yazdığı məktubda xarici vizalı tələbələrin qeyri-qanuni və zorakı fəaliyyətləri ilə bağlı qeydləri aprelin 30-dək bildirilməsini istəyib.
Noem bu tələblərin yerinə yetirilməsini istəyib.
"Harvard hesabat tələbinə tam uyğunluğu təsdiq edə bilməsə, əcnəbi tələbə qeydiyyat imtiyazlarını itirəcək" ifadələrini işlədən Noem universitetin Tələbə Mübadiləsi Ziyarətçi Proqramı (SEVP) sertifikatını itirmək təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb.
Digər tərəfdən, Harvardın sözçüsü məktubun ardınca verdiyi açıqlamada konstitusiya hüquqlarından imtina etməyəcəklərini, ancaq qanuna əməl edəcəklərini bildirib.