Tramp Harvard Universitetinin 2,2 milyard dollarlıq maliyyəsini dondurdu


ABŞ prezidenti Donald Tramp administrasiyası tələblərinə əməl etməyən Harvard Universitetinin 2,2 milyard dollarlıq maliyyəsini kəsib.



Tramp administrasiyası Harvard Universitetinin Fələstin tərəfdarı etirazları ilə müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarını nəzərdən keçirməsi tələblərini rədd etməsindən sonra hərəkətə keçib.

ABŞ Təhsil Departamenti Harvarda 2,2 milyard dollar maliyyə və 60 milyon dollarlıq müqavilə haqqını dondurmaq qərarına gəlib.

Qeyd edək ki, Tramp rəhbərliyinin milyardlarla dollar maliyyəni kəsməklə hədələdiyi Harvard Universiteti Trampın tələblərini qəbul etməyəcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu