Tramp administrasiyası qeyri-qanuni mühacirlərin qeydiyyatı üçün sistem üzərində işləyir

ABŞ prezidenti Donald Tramp administrasiyasının ölkədə yaşı 14 və daha çox olan qeyri-qanuni mühacirlərin barmaq izlərinin götürülməsi və qeydiyyata alınmasını tələb edən sistem üzərində işlədiyi bildirilir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən verilən açıqlamada üzərində çalışılan yeni sistem vasitəsilə ölkədə qeyri-qanuni mühacirlərin barmaq izləri verilərək və ünvan bildirilərək qeydiyyata alınacağı, səlahiyyətlilərə lazımi məlumatları təqdim etməyənlərin isə pul cəzası və ya həbs cəzası ilə üzləşəcəyi bildirilib.
Açıqlamada 14 və daha yuxarı yaşda olan bütün qeyri-qanuni immiqrantları əhatə edən təcrübənin qanuniliyinin İmmiqrasiya və Vətəndaşlıq Qanununun bir hissəsinə əsaslandığı bildirilib.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin internet saytında paylaşılan bülletendə tezliklə qeydiyyat formasının yaradılacağı paylaşılıb.
Milli Təhlükəsizlik katibi Kristi Noem "Fox News"a bildirib ki, immiqrasiya qeydiyyatı planı Trampın Amerika xalqına verdiyi vədləri yerinə yetirməyə kömək edən bir vasitədir.