Portuqaliya F-16-ları F-35 qırıcıları ilə əvəz edə bilər


Portuqaliya ABŞ istehsalı F-35 qırıcılarının alınması variantını digər təkliflərlə yanaşı nəzərdən keçirir.

AFN.az xəbər verir ki, bunu Portuqaliyanın xarici işlər naziri Paulu Ranqel ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra açıqlayıb.

Nazir bildirib ki, Portuqaliya qərarlarını milli maraqları rəhbər tutaraq qəbul edəcək. Onun sözlərinə görə, ölkə F-35 qırıcılarının alınması təklifini, eləcə də digər variantları ciddi şəkildə nəzərdən keçirir.

Portuqaliya hazırda 28 modernləşdirilmiş F-16M qırıcısının əvəzlənməsi üçün rəsmi tender elan etməyə hazırlaşır.

Qeyd olunur ki, mümkün sövdələşmə Lissabonun ya Avropa, ya da ABŞ-dakı tərəfdaşları ilə müdafiə əlaqələrini gücləndirə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu