Portuqaliya 2024-cü ildə Ukraynaya əlavə olaraq 100 milyon avro ayıracaq


Portuqaliya Ukraynaya 95 milyon avro məbləğində əlavə yardım göndərmək niyyətindədir.


AFN.az xəbər verir ki, bunu Portuqaliyanın baş naziri Luis Monteneqro NATO sammiti zamanı Vaşinqtonda jurnalistlərə bildirib.

“Portuqaliya Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Mən də bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik”, - deyə o bildirib.

Mayın 28-də Ukrayna və Portuqaliya Lissabonun 2024-cü ildə Kiyevə ilkin olaraq 126 milyon avro hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Lissabon həmçinin F-16 qırıcılarının göndərilməsi üzrə beynəlxalq koalisiyada, dəniz koalisiyasında, həmçinin Kiyev üçün iriçaplı sursatların alınması proqramlarında və Ukrayna ərazisindən minaların təmizlənməsi səylərində iştirakını təsdiqləyib.

İyulun 10-da Monteneqro bildirib ki, Portuqaliyanın Ukraynaya yardımı bu il təxminən 220 milyon avroya çatacaq və ölkə 2025-ci ildə də eyni məbləğdə yardım göstərmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu