Hollandiya Ukraynaya 500 milyon avro dəyərində əlavə hərbi yardım göndərəcək


Hollandiya Ukraynaya 500 milyon avro dəyərində yeni hərbi yardım paketi göndərəcək.


Bu barədə yerli media Hollandiyanın müdafiə naziri Kaysa Ollonqrenə istinadən məlumat yayıb.

"Mübarizəni davam etdirmək üçün onların müəyyən dəstəyə ehtiyacı var" - deyə o bildirib.

Kaysa Ollonqren qeyd edib ki, yardım 2024-cü ildə göndəriləcək. Bunun təqribən 260 milyon avrosu artilleriya mərmilərinə, daha 240 milyon avrosu isə tank mərmilərinin tədarükünə xərclənəcək.

Ollonqren əlavə edib ki, Hollandiya zəruri olduğu müddətdə Ukraynaya hərbi yardım göstərməyə davam edəcək.

Yardım noyabrın 2-də Ukraynaya səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski və ölkənin müdafiə naziri Rustem Umerovla görüşdə vəd edilib.

Ukraynada münaqişə başlayandan bəri Hollandiya bu paketi nəzərə almadan Ukraynaya 2,1 milyard avro hərbi yardım ayırıb. Hazırda ölkə ukraynalı pilotların hazırlanması və sonradan Amerika F-nin transferi üçün tərəfdaşlarla sıx əməkdaşlıq edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu