Çexiya Ukraynaya yenə hərbi yardım göndərəcək


Çexiya Ukraynaya 600-700 milyon kron (təxminən 28-32 milyon dollar) dəyərində hərbi yardım etməyi planlaşdırır.


AFN.az xəbər verir ki, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova jurnalistlərə açıqlamasında bildirib. "Ukraynaya baş qərargah rəisi Karel Rzeqka ilə birlikdə planlaşdırdığımız yardım təxminən 600-700 milyon kron təşkil edir. Bu, maddi yardım deyil, ordumuzun anbarlarında olan hərbi materiallardır. Onlara həqiqətən ehtiyacımız yoxdur və ordu öz müdafiə qabiliyyətini təhlükəyə atmadan onları Ukraynaya göndərə bilər", - Çernoxova bildirib.

Çernoxovanın sözlərinə görə, o, Ukraynaya göndərilə biləcək hərbi materialların siyahısını respublika prezidenti Petro Pavelə təqdim edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu