Finlandiya Ukraynaya 24-cü hərbi yardım paketini göndərir


Finlandiya Ukraynaya 159 milyon avro dəyərində 24-cü hərbi yardım paketi göndəri. 2022-ci ilin fevralından bu yana Finlandiyanın Ukraynaya hərbi yardımının ümumi məbləğ 2,2 milyard avro təşkil edir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Antti Hakkanen bildirib. “Finlandiya Ukraynanı öz mübarizəsində dəstəkləmək niyyətindədir" - deyə nazir qeyd edib.

Antti Hakkanen vurğulayıb ki, əməliyyat səbəblərindən və yardımın təhlükəsiz çatdırılmasını təmin etmək üçün göndərilmə üsulları və vaxtı açıqlanmır.

Xəbərdə Finlandiya da Polşa, Almaniya və İtaliyanın rəhbərlik etdiyi zirehli koalisiyada, Estoniya və Lüksemburqun rəhbərlik etdiyi informasiya texnologiyaları koalisiyasında iştirak etmək qərarına gəlindiyi bildirilib. "Beynəlxalq koalisiyaların məqsədi Ukraynaya uzunmüddətli dəstək verməkdir" - deyə müdafiə nazirinin açıqlamasında qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu