Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təqdim edib

Finlandiya Müdafiə Nazirliyi Ukraynaya 109 milyon avro məbləğində 16-cı hərbi yardım paketinin köçürüldüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu, artıq Finlandiyadan Ukraynaya 16-cı hərbi texnikanın çatdırılmasıdır. Buraya xüsusən zenit silahları və sursatları daxildir. Finlandiya üçün bu partiyaya daxil olan avadanlığın təxmini dəyəri 109 milyon avro təşkil edir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Finlandiya Ukrayna tərəfinə ümumilikdə 1,1 milyard avro yardım göndərib.