Estoniya Ukraynanı snayperlə təmin edəcək
Ukraynaya silah tədarükü getdikcə artır.
AFN.az xəbər verir ki, yardım siyahısını genişləndirən Estoniya Kiyevə snayper silahları da daxil olmaqla 494,3 min avroya hərbi yardım edəcək.
Estoniya hökuməti ölkənin müdafiə naziri Hanno Pevkurun Ukraynaya snayper silahları və xüsusi texnika da daxil olmaqla 494,3 min avro məbləğində yeni hərbi yardım paketinin ayrılmasını nəzərdə tutan təklifini dəstəkləyib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Estoniya bundan əvvəl də Ukraynaya yardım etmişdi. Buna qədər edilən yardımların dəyəri təxminən 400 milyon avro dəyərində qiymətləndirilib. Budəfəki yardım paketinə isə snayper tüfəngləri, optik nişangahlar, durbin, döyüş sursatı, fərdi və xüsusi texnika, patrul katerləri və termal görüntülər daxildir. Həmçinin Estoniya Ukraynaya tibbi avadanlıq göndərəcək.