Polşa Ukraynaya yardıma görə Aİ-dən təzminat alacaq


Varşava Ukraynaya yardım üçün Avropa İttifaqından 300 milyon avro alacaq.


AFN.az "Rzeczpospolita"ya istinadən xəbər verir ki, bu haqda Polşanın baş naziri Mateuş Moravetski bildirib. "Katolik Pasxa bayramına qədər Varşava Ukraynaya hərbi-texniki yardıma görə təzminat kimi Avropa İttifaqından (Aİ) 300 milyon avro alacaq. Bu təzminat Polşa üçün çox yaxşı və faydalı olacaq. Növbəti aylarda 500-600 milyon avro alacağıq" - deyə baş nazir qeyd edib.

Avropa Sülh Fondundan ayrılan vəsaitlə Varşava Ukraynaya ötürülənləri əvəz etmək üçün müasir silahlar, döyüş sursatları almağı və yeni silahların istehsalı üçün xətt yaratmağı planlaşdırır.

Qeyd edək ki, Polşanın indiyədək Ukraynaya 2,2 milyard avro dəyərində hərbi yardım köçürdüyü bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu