Rubio: ABŞ Ukrayna münaqişəsinin həllinə fokuslanıb


ABŞ Ukraynanın NATO-ya üzvlüyündən daha çox münaqişənin həllinə diqqət yetirir.

AFN.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio bildirib ki, hazırda Ukraynanın NATO üzvlüyü məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, bu istiqamətdə vahid mövqenin formalaşdırılması üçün əvvəlcə konsensus əldə olunmalıdır.

“Ukrayna məsələsinə gəldikdə, hazırda sadəcə bu münaqişəni, mümkün olduğu təqdirdə, başa çatdırmağa fokuslanmışıq”, - deyə Rubio bildirib.

Dövlət katibi ABŞ-ın münaqişənin həllində konstruktiv rol oynamaq istədiyini də qeyd edib. Bununla belə, onun sözlərinə görə, hazırda vəziyyətin nizamlanma istiqamətində irəlilədiyi görünmür.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu