Rubio: Məsləhətləşmələr uzunmüddətli təhlükəsizlik məsələlərini əhatə edir


ABŞ ilə Ukrayna nümayəndələri arasında aparılan danışıqlar təkcə münaqişənin dayandırılmasına deyil, həm də ölkənin uzunmüddətli iqtisadi və təhlükəsizlik təminatına yönəlib.

AFN.az xəbər verir ki, bunu Florida ştatında ukraynalı nümayəndə heyəti ilə görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio "Fox News"a açıqlamasında bildirib.

Rubio vurğulayıb ki, Vaşinqtonun məqsədi yalnız müharibəni dayandırmaq deyil: “Biz Ukraynanın davamlı təhlükəsizliyini təmin etmək və orada gerçək rifah dövrünün başlamasına yardım etmək istəyirik. ABŞ istəyir ki, ölkə sadəcə bərpa olunmasın, heç vaxt olmadığı qədər güclü və firavan olsun”.

Onun sözlərinə görə, aparılan məsləhətləşmələr hərtərəfli xarakter daşıyır və uzunmüddətli inkişaf üçün zəruri şərtləri də əhatə edir. “Bu istiqamətdə bu gün irəliləyiş əldə etdiyimizi düşünürəm”, – deyə Rubio qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu